İran

Mohsen Rezaei: “Qarabağ Azərbaycanın olub və olacaq”

“Qarabağ Azərbaycanın olub və olacaq. Azərbaycan Ordusundan başqa heç bir xarici qüvvə Qarabağda olmamalıdır”. Bu fikirlər İranın Məsləhət Şurası dəbirinin tuiter hesabındakı paylaşımında yer alıb. Mohsen Rezaei Qarabağın idarə edilməsinə dair bütün önərilərin yalnız Azərbaycan dövləti daxilində qəbul edilməli olduğunu vurğulayıb. Bildirək ki, İran höküməti hər zaman Azərbaycanla qonşu, dost, mədəni, din və dil kimi ortaq dəyərlərə sahib olduğunu iddia edir. Ancaq İran hökuməti gündən-günə Ermənistanla siyasi və iqtisadi alanlarda ilişkilərini gəlişdirməyə çalışır. Belə ki, iranlı iş adamları və şirkətlər Ermənistandakı yatırım imkanlarına böyük diqqət və həvəs göstərirlər.

Related Articles

Bir cavab yazın

Back to top button