Azərbaycan

“Qafqazdakı qonşuların Zəngəzur dəhlizinə reaksiyası: Müharibə atəşi yenidən alovlanır?”

Bakı ilə İrəvan arasında Zəngəzur quru dəhlizi ilə bağlı söz savaşları bəzi rusiyalı analitikləri iki Cənubi Qafqaz ölkəsi arasında yeni müharibənin başlaya biləcəyi qənaətinə gətirib.

“Tahlil Bazaar” saytı yazır ki, 2020-ci ildə Ermənistan və Azərbaycan arasında 44 günlük müharibə Cənubi Qafqazın xəritəsini kəskin şəkildə dəyişdi. Bu savaşınn ağır insani fəlakətə səbəb olmasına baxmayaraq, iki ölkə arasındakı əsas siyasi fikir ayrılıqlarını həll etmədi, həm də, bölgədə yeni ticarət əlaqələri və iqtisadi əməkdaşlıq perspektivləri hələ də qaranlıq olaraq qalır.

Hazırda Bakı ilə İrəvan arasında ən mühüm mübahisə Zəngəzur dəhlizinin yaradılması ilə bağlıdır. Bu marşrut Ermənistan ərazisindən keçməklə Azərbaycanı Naxçıvan bölgəsi ilə birləşdirir. Bakının iddiasına əsasən, bu, 2020-ci ilin noyabrında imzalanmış atəşkəs razılaşmasında qeyd olunur, İrəvan isə bunu inkar etmir.

https://bit.ly/3dA2Yur

Related Articles

Bir cavab yazın

Back to top button