Dünya

Qazaxıstan Çinə malların göndərilməsinin müvəqqəti dayandırıldığını elan etdi

Məhdudiyyətlər 5 apreldən 15 aprelə qədər tətbiq ediləcək. 2021-ci il aprelin 5-dən 15-dək Qazaxıstan Dəmir Yolu yenidən Dostuq stansiyası – Çin istiqamətində bütün yüklərin daşınmasına müvəqqəti qadağa tətbiq etdiyini açıqlayıb. İstisna halları konteynerlərdə yük daşınmasına tətbiq ediləcək.
Qərar Sənaye və İnfrastruktur İnkişaf Nazirliyində keçirilən sənaye birlikləri və ixracatçılarla görüşdən sonra verilib.
“Bu qərarın əsas səbəbi Çində yüklənmiş qatarların vaxtında qəbul edilməməsidir” deyə Qazaxıstan Dəmir Yolu izah edir.
Hazırda 140-dan çox Çinə mal daşıyan qatar gözləmə mövqeyindədir. Buna səbəb isə Çin tərəfinin yükləri qəbul etmək imkanında olmadığı göstərilir.
Bundan əvvəl Çinin karantin səbəbiylə yük vaqonlarını qəbul etməməsi səbəbindən 1 martdan 15 martadək Qazaxıstan müvəqqəti məhdudiyyətlər tətbiq etmişdi.
Xatırladaq ki, Çin “Qərb-Şərq” istiqamətində konteynerlərlə yük daşıyan qatarları qəbul edir, Qazaxıstanın Dostluq stansiyasında isə Mərkəzi Asiyadan Çinə ünvanlanmış yüklər növbəsini gözləməkdədir.

Related Articles

Bir cavab yazın

Back to top button