Azərbaycan

Qaradağda daha 80 hektar meşəsahəsi məhv edilib

Tanınmış güneyli ekoloq Qaradağ meşələrinin məhv edilməsi barədə məlumat yayıb.

Tanınmış güneyli ekoloq Əhməd Bayburdi Şərqi azərbaycan əyalətinin Qaradağ meşələrinin məhv edilməsi barədə yeni məlumatlar paylaşıb.

“Əldə etdiyimiz məlumatlara görə, Süngün mis mədəni ərazisinin genişləndirilməsi və yeni mədən axtarışları üçün Qaradağ meşələrinin daha 80 hektarı dağıdılıb. Sual yaranır ki. bu icazəni onlara kim verib, nə qədər uzun ömürlü ağaclar kəsilib və istismar əməliyyatına görə ekologiyanın bərpası üçün nəzərdə tutulan 1 faizlik ödəniş həyata keçirilibmi?”-deyə, Bayburdu sosial mediada etdiyi paylaşımında bildirib.

Qeyd edək ki, mədən istismarı və axtarışları nəticəsində Qaradağ meşələrinin məhv edilməsi prosesi neçə illərdir ki davam edir.

Bundan öncə Təbrizin İran parlamentindəki keçmiş nümayəndəsi Şəhabəddin Bimeqdar məsələ ilə bağlı bəyanat verərək bölgə ekologiyasına dəyən ziyana görə Süngün mis mədəni tərəfindən əyalətə ödənilməsi nəzərdə tutulan 74 milyard tümənin Şərqi Azərbaycana verilməyib və dövlət xəzinəsinə köçürüldüyünə etiraz etmişdi.

Qaradağ meşələrinin 164 min hektar sahəsi var, bu sahədən 148 min hektarının qoruma altında olduğu elan olunub. Buna baxmayaraq vaxtaşırı bölgədə ağacların tək-tək və ya kütləvi şəkildə kəsilməsinə, eləcə də yanğınların baş verməsinə şahid oluruq.
Bu meşələrdə çoxlu heyvan yaşayır və müxtəlif bitki növləri mövcuddur.

2019-cu ildə Azərbaycan İnsan Hüquqları Cəmiyyəti (ƏRK) Qaradağ meşələrində baş verən yanğınla bağlı Birləşmiş Millətlər Təşkilatına (BMT) raport təqdim edib. Raportda yanğınların səbəbləri, meşə sahələrinin yanaraq sıradan çıxması, yanğının vaxtı-vaxtında söndürülməməsi, bölgədə yanğın söndürmək üçün lazımi imkanların olmaması və s. kimi məsələlərə işarə edilib.

Related Articles

Bir cavab yazın

Back to top button