İran

Təbrizdə dilənçilik yüzdə 17 artıb

Dilənçisiz şəhər kimi tanınan Təbriz indi pis gündədir

Təbriz şəhəri xeyriyyə cəmiyyətlərinin və xeyriyyəçilərinin olması ilə “dilənçisiz şəhər” olaraq tanınır. Ancaq yetkililərin açıqlamalarına görə, şəhərdə dilənçilik yüzdə 17 artıb. Bu isə “dilənçisiz şəhər” adının Təbrizdən alınması ilə nəticələ bilər.

Təbriz ustandarisinin ictimai məsələlər üzrə məsuluTurab No:ruzi Təbrizdə yoxsullara dəstək üçün xeyriyyə qurumunda dilənçi, işləyən və küçədə yaşayan uşaqlar üzrə  qərargahın toplantısında dilənçilərin yığışdırılması vəzifəsinin şəhərdariyə aid olduğunu, ancaq Təbriz şəhərdarisinin bu vəzifəni yerinə yetirmədiyini deyib.

O, dilənçiliyin yayılmasının müxtəlif səbəblərini açıqlayaraq, bu məsələ ilə mübarizədə səlahiyyətli qurumların sayıqlığının və ciddi çalışmasının vacibliyini vurğulayıb.

Adı qeyd olunan qurumun başçısı Hüseyn Əlamir də bu il Təbriz şəhərində ötən ilin ilk 6 ayı ilə müqayisədə dilənçiliyin yüzdə 17 artdığını qeyd edib.

Habelə o deyib: “Bu ilin ilk 6 ayında 1186 dilənçi şəhərdən yığışdırılıb ki, onlardan 550-si xanım, 636-sı isə kişi olub. Bu isə İranda xanım dilənçilərin də sayında artması deməkdir”.

Related Articles

Bir cavab yazın

Back to top button