Cəmiyyət

“QÜDS GÜNÜ” MƏRASİMİ KEÇİRİLMƏYƏCƏK

Bu il orucluğun son Cüməsində quds günü mərasimi keçirilməyəcək.

Bu il orucluğun son Cüməsində quds günü mərasimi keçirilməyəcək.
İslam Təbliğat Şurasının Mərkəzi İntifazə və Quds Qərargahının başçısı Ramazan Şərif, Tehranda Quds Günü yürüşü mümkün olmayacağının bildirdi.

İSNA-nın məlumatına görə, Sipahın mətbuat sözçüsü və ictimaiyyətlə əlaqələr şöbəsinin başçısı Ramazan Şərif, Quds Gününün necə xatırlanacağına dair şura iclasında çıxış edib.
Koronavirusun yayılması baxımından ağır vəziyyətdə olan bəzi şəhərlərdə Quds günü yürüşünün keçirilməsi ilə bağlı verilən təklifə toxunaraq vurğulayıb. Bildirib ki, Korona virus səbəbindən Tehrandakı vəziyyətə görə bu mümkün deyil. .
“İndiki durumu nəzərə alaraq, Quds Günü yürüşünün fiziki və meydani şəklində keçirilməyəcəyini açıq şəkildə söyləsək, narahat olmamalı və düşmənlərin bu mövzuda qəzavət edəcəklərini düşünməməliyik. Başqa yollarla, Quds Günü milli və beynəlxalq səviyyədə keçirilə bilər və bu baxımdan məcazi şəbəkələrin gücündən yaxşı istifadə edə bilərik”-deyə vurğulanıb..
Qeyd edək ki, İranda İslam adına Cümhuri qurulandan bəri quds günü mərasimində hakimiyyət bir çox siyasi məqsədlərini numayiş etdirir.Əslində Tehran məsulları Filistinlilərdən maya qoyaraq özlərinə dünyanın diqqətini çəkmək istəyirlər.

Related Articles

Bir cavab yazın

Back to top button