Azərbaycan

Urmuda türk dilində tamaşa həhnəyə çıxarılıb

Tamaşa Urmu şəhərinin Mədəniyyət və İncəsənət Kompleksində nümayiş etdirilib.

Mayın 6-dan Qərbi Azərbaycan əyalətinin Tamaşa Urmu şəhərinin Mədəniyyət və İncəsənət Kompleksində türk dilində “Yenə yarpaqlar düşür” tamaşası səjnəyə çıxarılıb.

Oyunçuların Azərbaycanın milli və ənənəvi geyimləri ilə çıxış etdiyi tamaşada müharibələr pislənilir və onların dünyanın hər hansı bir yerində baş verməsi məhkum edilir.

Rejissorunun Əsgər Abidi (İlqar), ssenari yazarının isə Tohid Nəcəfzadə olduğu tamaşa mayın 17-ə kimi hər gün səhnəyə çıxarılaca.

Qeyd edək ki, bütün məhdudiyyətlərə baxmayaraq son illər Güney Azərbaycanda türkcə film və tamaşaların
səhnələşdirilməsi azərbaycanlıların geniş rəğbəti ilə qarşılanıb.

Bir sıra film və teatr əsərləri əhalinin geniş marağına səbəb olduğu üçün təkrarən bir neçə dəfə səhnələşdirilib.

Related Articles

Bir cavab yazın

Back to top button