İran

Rəisi Süngün Mis Mədənindən görüş keçirib

O, Azərbaycan Mis Şirkətinin yaradılması barədə köhnə vədləri təkrar edib.

İyunun 2-də Şərqi Azərbaycan əyalətinə səfər edən İran prezidenti İbrahim Rəisi Vərziğanın Süngün Mis Mədənində olub.

Mədən işçiləri ilə görüşən president , Azərbaycan Mis Şirkətinin yaradılması barədə köhnə vədləri təkrar edib.

Qeyd edək ki, Vərziğanın süngün Mis Mədəni İranda mövcud olan mis ehtiyatlarının yarısını təşkil edir.

Bu günə kimi kəşf edilən mədən damarlarında mövcud olan misin dəyəri 320 milyard dollar civarında dəyərləndirilir və mütəxəssislər bunun dahada arta biləcəyini bildirirlər.

Related Articles

Bir cavab yazın

Back to top button