Azərbaycan

Təbrizli Alparslana adının türkcə olduğuna görə şəxsiyyət vəsiqəsi verilmir

Qeyd edək ki, daha öncə də Güney Azərbaycanın müxtəlif şəhərlərində oxşar problemlər yaranıb və məsələ ictimailəşdirilib.

Təbrizli “Alparslan”nın atası Mustafa Əvəzpurun verdiyi məlumata görə, övladına adının türkcə olduğu üçün şəxsiyyət vəsiqəsinin verilməməsi ilə bağlı Qeydiyyat İdarəsinə qarşı etdiyi şikayətlə bağlı Təbrizin Ümumi Hüquq Məhkəməsinin 2-ci şöbəsi iddiaçının dinlənilməməsinə qərar verərək işi İnzibati Ədalət Məhkəməsinə göndərib.

“Aznews tv” ın xəbərinə görə, ötən ilin dekabr ayında Alparslannın atası Təbriz Qeydiyyat İdarəsinin oğlunun adının türkcə olduğuna görə doğum haqqında şəhadətnamə vermədiyi barədə sosial mediada paylaşım edib.

Onun sözlərinə görə, Qeydiyyat İdarəsinin bu addımı nəticəsində övladına peyvənd vurdurmaq və başqa müayinə, müalicə xidmətlərindən yararlanması mümkün olmur.

Qeyd edək ki, daha öncə də Güney Azərbaycanın müxtəlif şəhərlərində oxşar problemlər yaranıb və məsələ ictimailəşdirilib.

Related Articles

Bir cavab yazın

Back to top button