Dünyaİran

“Reuters”: İran İraqda yaraqlı qruplar yaradıb

“Reuters” ajansının meyin 21-də yayımladığı açıqlamada İranın İraqda taktiki dəyişikliklər etdiyi diqqətə çatdırılıb. Belə ki, İran İraqdakı müttəfiq silahlı qruplaşmaların kadrları arasından yüzlərlə etibarlı və sadiq yaraqlılar seçib. Nəticədə daha kiçik, seçilmiş və özünə bağlı qruplar yaradıb. Ajans qeyd edir ki, “Sepah”ın Qods Qüvvələrinin keçmiş fərmandehi Qasım Suleymaninin yerinə gələn İsmayıl Qaani İraqın daxili siyasəti ilə yetərli qədər tanış olmayıb. Onun Suleymaninin iraqlı yaraqlılar üzərindəki nüfuzunu və təsirini davam etdirə bilmədiyi vurğulanıb. Buna görə də sözügedən taktiki dəyişikliklərin edilməsi ilə bağlı qərar qəbul edilib. Quzarişdə deyilir ki, daha kiçik qruplara etimadın taktiki üstünlükləri var. Belə ki, onlar daha az təsirə uğraya və İranın düşmənlərinə hücum etmək üçün icra etdiyi son taktiklərdən istifadədə səmərəli ola bilərlər. İraqın bir əmniyyəti məqamı da məsələyə münasibət bildirib. “Yeni qrupların birbaşa “Sepah”la bağlantıları var. Onlar tapşırıqlarını iraqlılardan yox, “Sepah”dan alırlar”,-deyə o, diqqətə çatdırıb.

Related Articles

Bir cavab yazın

Back to top button