Dünya

“Reuters”in jurnalistləri Ukraynada yaralanıb

“Reuters“ agentliyinin 2 jurnalisti Ukraynanın şərqində yaralanıb.

“Le Matin” saytına istinadla xəbərinə görə, hadisə Severodonetsk şəhərində baş verib.

Jurnalistlər reportaj hazırlamağa yollanarkən atəş altına düşüblər. Media əməkdaşları yaralanıb, onları aparan sürücü isə hadisə yerində ölüb. Hadisənin detalları açıqlanmır.

Sərhədsiz Reportyorların hesablamasına görə, müharibə başlayandan Ukraynada 8 jurnalist peşə borcunu yerinə yetirərkən həlak olub.

Related Articles

Bir cavab yazın

Back to top button