İran

Tehran Beynəlxalq Hava Limanının fəaliyyəti iflic oldu

İyunun 4-ü səhər saatlarında Tehranın “Xomeyni” adına beynəlxalq hava limanında bir neçə saatlığına uçuşlar dayandırılıb və hava limanının fəaliyyəti iflic olub.

Verilən məlumatlarda minlərlə insanın uzun növbələrdə dayandığı, bütün giriş-çıxışların bağlanıldığı deyilir.

Hava limanı məsulları və ölkə rəsmiləri problemlə bağlı hər hansı açıqlama verməyiblər, hava limanına narazı vətəndaşların sakitləşdirilməsi üçün əlavə polis qüvvələri cəlb olunub.

Sosial media fəalları və hava limanında qalan vətəndaşlar paylaşım edərək hava limanı sisteminin haker hücumuna məruz qaldığı üçün fəaliyyətinin iflic olduğunu yazıblar.

Qeyd edək ki, iyunun 2-də Tehranda bir sıra əhəmiyyətli dövlət obyektləri və mərkəzlərinə edilən haker hücumu nəticəsində də minlərlə müşahidə kamerası sıradan çıxarılmışdı.

Related Articles

Bir cavab yazın

Back to top button