İran

Şərqi Azərbaycanda koronavirusla bağlı son vəziyyət

Şərqi Azərbaycanda son günlərdə koronavirusla bağlı durum sabitdir. Bu barədə Şərqi Azərbaycan ustanının Yoluxucu Mərizliklərin Qarşısının Alınması üzrə Qrupun başçısı Simin Xəyyatzadə bilgi verib. O, vətəndaşların sağlıq qaydalarına davamlı əməl etməsinin vacibliyini vurğulayıb. Bildirib ki, son günlərdə koronavirusla bağlı mərizxanaya yerləşdirilənlərin, habelə durumları ağır olan mərizlərin sayında artım olmayıb. İnsanlar ictimai fasiləyə və sağlıq qaydalarını riayət etməlidir.

Xəyyatzadənin sözlərinə görə, axşam 9-dan səhər 4-ə qədər, eləcə də şəhərlərarası səfərlərə qoyulan məhdudiyyətlər yoluxma sayının azalmasına şərait yaradır. Sağlıq qaydalarına əməl edilməməsi koronavirusla bağlı durumu yenidən qırmızıya qaytara bilər.

Related Articles

Bir cavab yazın

Back to top button