İran

Riza Seyid Nurinin cinayət işi məhkəməyə göndərilib

Riza Seyid Nurinin pərvəndəsi Cinayət Məhkəməsindən Muğanşəhr İnqilab Məhkəməsinə göndərilib. Parsabad şəhər Cinayət Məhkəməsinin 103 saylı şöbəsi azərbaycanlı mədəni fəalın pərvəndəsini səlahiyyətinin olmaması səbəbindən məhkəməyə yönləndirib. Bu haqda Məhkəmənin 103 saylı şöbəsi tərəfindən ona verilən bildirişdə məlumat verilib.
Xatırladaq ki, Seyid Nuri ötən il 18 oktobrda Qarabağın azad edilməsinə dəstək mitinqləri zamanı tutuqlanıb. Bir gün sonra isə 70 milyon tümən vəsiqə qoyaraq məhkəmə təhqiqatı başa çatanadək azad edilib. Azərbaycanlı fəal “rejimə qarşı təbliğat”, “Xomeynini təhqir etmək” və “Xameneini təhqir etmək” ittihamları ilə təqsirləndirilib.

 

Related Articles

Bir cavab yazın

Back to top button