İran

Riza Vasiqi müvəqqəti azadlığa buraxılıb

Azərbaycanlı milli- mədəni fəal Riza Vasiqi fərvərdin 18-də bir həftəlik mürəxəsiyə göndərilib. Ərdəbil həbsxanasında saxlanılan fəal ötən il isfəndin 16-da bir həftəlik mürəxəsi alıb. Bildirək ki, Riza və Əli Vasiqi qardaşları ötən ilin a:ban ayında məhkəmə məmurları tərəfindən tutuqlanıb. Fəallar “gecə məktubları və təbliğatı ilə milli əmniyyət əleyhinə iştirak” ittihamı ilə 2 il həbsə məhkum ediliblər. Onlar Ərdəbil Mərkəzi Həbsxanasına köçürülüblər.
Vasiqi qardaşları 21 xordadda iş yerlərində hökm göstərilmədən həbs ediliblər və fiziki basqıya məruz qalıblar. 27 xordadda hər biri 110 milyon tümən vəsiqə qarşılığında müvəqqəti azadlığa buraxılıblar. Vaseqi qardaşları ictimai şəbəkədə fiziki zorakılığa məruz qaldıqlarını göstərən fotolar paylaşıblar.

Related Articles

Bir cavab yazın

Back to top button