DünyaİqtisadiyyatİranSiyasət

Stratfor: ABŞ ordusu Rusiya və Çini darmadağın edə bilər

Donald Tramp ABŞ prezidenti olduqdan sonra ölkənin hərbi imkanlarının israfına son qoyacağı gözlənilirdi.

Aznews.tv xəbər verir ki, bunun üçün o müttəfiqlərə təzyiq göstərir, onlardan İranla müharibə təhükəsi artan Suriya və Fars körfəzinə daha çox resurs göndərməsini tələb edirdi.

Lakin ABŞ liderliyinin istiqaməti barədə tərəddüdlər ona gətirib çıxardı ki, hətta Vaşinqtonun Avropadakı ən sadiq müttəfiqləri bu qaynar nöqtələrdə öz kontingentlərini artırmaqdan imtina etdi.

Etimadın olmaması ilə birgə bir çox müttəfiqin öz öhdəliklərinə bağlılığı ABŞ-ı əlində olan dəstəklə Yaxın Şərqdə işini bitirməyə məcbur edir.

Qərbi Avropa ABŞ-a yardım edə bilər, lakin bunu istəmir.

Böyük Britaniya və Fransa ABŞ-ın ən güclü və strateji müttəfiqləri sayılır. Bu ölkələr ABŞ-la birgə İŞİD-ə qarşı əməliyyatlarda fəal şəkildə iştirak ediblər.

Bundan əlavə, London ABŞ-ın Əfqanıstandakı missiyasında vacib rol oynayıb.

Son illərdə Böyük Britaniya ABŞ-ın xahişi ilə oradakı kontingentini iki dəfə çoxaldıb.

Fransa isə 2012-ci ilin sonunda öz qüvvələrini Əfqanıstandan çıxarmasına baxmayaraq, Saxaradan cənubda Afrika qitəsində fəal qalmağa davam edir və tez-tez amerikalılarla çiyin-çiyinə əməliyyatlarda iştirak edir.

Məsələn, may ayında Fransanın iki xüsusi təyinatlısı Burkino-Fasonun şimalında iki amerikalı əsiri azad etməyə çalışarkən həlak olub. 2017-ci ilin oktyabrında isə fransızlar Nigerdə öz amerikalı müttəfiqlərinin köməyinə gəlib.

Ümumi işə qoyulan bu qədər tövhəyə baxmayaraq, ABŞ dəstək lazım olan bir çox yerdə, o cümlədən Suriyada və Fars körfəzində Fransa və Böyük Britaniyanı səfərbər edə bilmir.

Hətta Tramp gözlənilmədən öz ordularını Suriyada çıxarmaq planını açıqlayanda, bu planın yumşaq getməsi üçün, Ağ Ev müttəfiqləri müharibənin alovuna bürünmüş ölkədə kontingentlərini artırmağa inandırmağa çalışırdı.

Lakin Britaniya və Fransa Suriyada qalaraq Rusiya, Türkiyə və ya İranla üz-üzə qalmaq təhlükəsindən tərəddüd edirdilər.

Bu yaxınlarda Berlin və Paris ABŞ-ın xahişini yerə vurmayaraq Suriyada öz qüvvələrinin sayını daha 10% artırmağa razılaşırlar. Lakin Suriya müharibəsindən çıxmaq vədini yerinə yetirmək üçün Trampa lazım olan şərt deyil.

Eyni vəziyyət Fars körfəzində də müşahidə olunur. İranın neft tankerlərinə hücumlarından sonra iyun ayında Vaşinqton regionla və qlobal müttəfiqlərin sayəsində, dəniz nəqliyyatlarının hərəkətini qorumaq və İranın aqressiyasına qarşılıq vermək üçün beynəlxalq koalisiya yaratmaq istəyir.

Lakin bu cəhdlər ABŞ-ın İranın “nüvə anlaşmasından” çıxması ilə puç olur. Vaşinqtonun qlobal müttəfiqlərinin əksəriyyəti onun Tehrana yanaşmasını şübhə ilə qarşıladı. Nəticədə Vaşinqtonun ən güclü müttəfiqləri belə onun Fars körfəzində təhlükəsizliyin təmin olunması ilə bağlı təşəbbüsünü dəstəkləmədilər.

Hal-hazırda Şərqi Avropa ABŞ-a yardım etməyə daha hazır görünür. Məsələn, Polşa, Estoniya, Latviya, Litva və Gürcüstan kimi ölkələr ABŞ-ın əməliyyatlarına öz tövhəsini vermək istəyindədirlər. Təsadüfi deyil ki, məhz bu ölkələr Rusiya ilə potensial müharibənin başlanması ehtimalından narahatdırlar.

Buna görə də, onlar ABŞ-a dünyanın digər nöqtələrində yardım göstərərək, Moskvaya qarşı müharibədə Vaşinqtondan köməyin gələcəyinə ümid edirlər.

Lakin Fransa, Almaniya və Böyük Britaniya kimi ölkələrdən fərqli olaraq bu ölkələrin imkan problemləri var. Kiçik olmasına baxmayaraq, Gürcüstan ABŞ-ın Əfqanıstandakı missiyasına lazım olandan qat-qat artıq tövhə verir. Əfqanıstanda britaniyalı və fransalı qədər gürcüstanlı hərbçi var, lakin Gürcüstanın əhalisi 4 milyon, Almaniyanın əhalisi 83, Britaniyanın isə 66 milyondur.

Şərqi Avropanı və Baltiyanı ABŞ-ı dəstəkləməyə vadar edən səbəb onların məhz yetərli gücə sahib olmamasıdır. Başqa sözlə, onlar Rusiyaya qarşı qoya biləcək güc oluşdurmayıblar.

Bununla birgə, qeyd etmək lazımdır ki, hal-hazırda Asiyada Çin güclənərək, ABŞ-ın oradakı müttəfiqlərini – Avstraliyanı, Yaponiyanı və Cənubi Koreyanı ordularını sərhədlərində cəmləşdirməyə məcbur edir. Rusiyanın Şərqi Avropadakı aqressiyası oradakı ölkələri eyni şeyi etməyə məcbur edir.

Beləliklə, ABŞ-ın Yaxın Şərqdə apardığı əməliyyatlarına əlavə dəstək alması çətin olsa da, Moskva və Pekinə qarşı onun bir çox müttəfiqi tapılacaq.

Aznews.tv

Related Articles

Bir cavab yazın

Back to top button