Azərbaycan

Təbrizdə türk dili və ədəbiyyatı məzunlarının buraxılış mərasimi keçirilib

Təbriz Universitetində bir qrup türk dili və ədəbiyyatı məzunlarının buraxılış mərasimi keçirilib

Təbriz Universitetində bir qrup türk dili və ədəbiyyatı məzunlarının buraxılış mərasimi keçirilib. Təbrizin “azərancümən” saytı xəbər verir ki, avqustun 31-də (9 şəhrivər) keçirilən mərasimə Təbriz Universitetinin Dil və Ədəbiyyat bölməsinin başqanı, doktor Mehdi Əfxəminiya və Universitetin başqa məsul şəxsləri qatılıblar. 21 məzun 2016, 2017 və 2018-ci illərdə türk dili və ədəbiyyatı bölməsində təhsil almaq üçün universitetə qəbulolan öyrəncilərdir. Bildirək ki, Azərbaycan türk dili və ədəbiyyatı dərsi 2016-cı ildə Təbriz Universitetinin yaradılmasından 70 il sonra, xalqın və akademik dairələrin çoxsaylı müraciətləri sayəsində yenidən açılıb. Bu layihə Azərbaycan türkcəsində təhsil almaq istəyənlərin rəğbəti ilə qarşılanıb. Bu, Azərbaycan dili və ədəbiyyatı dərsinin lisans, lisans üstü və doktorluq dərəcələri düzeyində ölkənin Azərbaycan türkləri yaşayan və başqa bölgələrində də tədris olunmasının əhəmiyyətindən xəbər verir.

Related Articles

Bir cavab yazın

Back to top button