
Bu barədə Ukraynanın “Cənub” Əməliyyat Komandanlığının feysbuk səhifəsinə istinadən xəbər verir.
Qeyd edilir ki, Ukraynanın hava hücumundan müdafiə qüvvələri düşmənin bütün hədəflərini məhv edib. Odessa üzərində bütün “Şahed-131/136” PUA-ları vurulub, lakin dağıntıların düşməsi nəticəsində çoxmərtəbəli binada yanğın baş verib.
“50 kvadratmetr ərazini əhatə edən yanğın dərhal söndürülüb. 3 mülki şəxs həlak olub, 10-dan çox insan yaralanıb”, – report.az-ın mılumatına görə, açıqlamada belə deyilir.
Partlayış nəticəsində bir neçə yaşayış binasına ziyan dəydiyi qeyd edilir. Hazırda zərərçəkənlərlə bağlı yekun məlumat dəqiqləşdirilir.
UNİAN isə hücum zamanı 12 nəfərin yaralandığını xəbər verib.