İran

Marağada tullantıların toplanması və daşınması ilə bağlı problemlər var

Marağa kəndlərində tullantıların toplanması və daşınması ilə bağlı bir sıra müşküllər var. Buna görə də tullantılar əsasən kəndlərin kənarlarına və çaylara atılır. Məsələ ilə bağlı Marağanın Yaşam Çevrəsinin Qoruma İdarəsi açıqlama verib. Qulamriza Zare Marağanın Tullantıları İdarə etmə İş Qrupunun toplantısında bildirib ki, kəndlərdən gündəlik 17 ton tullantı toplanır və müvafiq ərazilərdə basdırılır. Qurum rəsmisinin sözlərinə görə, Marağada zibilxananın bağlanması barədə məhkəmə hökmü çıxarılıb. Bunun əsas səbəbi yaşam çevrəsi qaydalarına əməl edilməməsidir. Qulamriza Zare tikinti tullantılarının vilayətin Şor Çəmən bölgəsinə boşaldılmasının ekoloji çirklənməyə yol açdığını vurğulayıb. Bu durum bölgə sakinlərinin sağlığını təhlükəyə atır.

Related Articles

Bir cavab yazın

Back to top button