Azərbaycan

Rusiya Xarici İşlər naziri bölgədəki vəiyyətdən danışıb

Münaqişələrin həlli ilə bağlı Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının mövcud imkanlarına tələbat hələ də qalır.
Bunu Rusiya Xarici İşlər naziri Sergey Lavrov Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı Xarici İşlər Nazirləri Şurasının bu gün keçirilən iclasında bildirib.
Nazirin fikrincə, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı məkanındakı böhranlı vəziyyətlərin həllinə dair mövcud razılaşmalar üzv dövlətlər tərəfindən daha çox dəstək görsə, həyata keçirilmələri də tezləşərdi.
“Bunu Dağlıq Qarabağdakı çözümlə bağlı da gözləyirik. Biz buna hərtərəfli dəstək verəcəyik”, – deyə rusiyalı nazir vurğulayıb.

Related Articles

Bir cavab yazın

Back to top button