İran

Ərdəbildə daha 2 nəfər koronavirusdan həyatini itirib

Son 24 saatda Ərdəbildə 33 koronavirus mərizi müalicə mərkəzlərinə yerləşdirilib, 2 nəfər isə həyatını itirib. Bu haqda Ərdəbil Əyaləti Tibb Elmləri Danişqahının rəisi Şəhram Həbibzadə məlumat verib. Ötən 1 gündə Ərdəbildə 18, Parsabadda 7, Xiyavda 2, Germidə 3 və Xalxalda 3 nəfər mərizliyə tutulub. Mərizlərdən 19 nəfər isə müalicə olunaraq sağalıb. Hazırda Ərdəbil mərizxanalarına yerləşdirilmiş mərizlərin sayı 201 nəfərdir. Onlardan 62 nəfəri özəl bölmələrdə müalicə alır.
Danişqah məsulu Ərdəbil, Nir, Nəmin, Köyü, Xiyav, Germi, Biləsuvar və Aslanduz bölgələrində göy məntəqə olduğunu bildirib.

Related Articles

Bir cavab yazın

Back to top button