İran

Səid Xətibzadə Vyana danışıqlarının dalana dirəndiyini etiraf edib

İranın Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xətibzadə bu gün keçirdiyi mətbuat konfransında rəsmi Tehranla 4+1 ölkələri arasında Vyanada aparılan atom müzakirələrindən danışıb.

İranın Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xətibzadə bu gün keçirdiyi mətbuat konfransında rəsmi Tehranla 4+1 ölkələri arasında Vyanada aparılan atom müzakirələrindən danışıb.

“Aznews tv” xəbər verir ki, o, tərəflərin yekun razılaşma əldə etməsi üçün hələ gediləcək çox yolun qaldığını deyib.

Xətibzadənin sözlərinə görə, danışıqlarda kifayət qədər irəliləmə olub və müzakirə edilən mövzuların əhatə dairəsi azalıb. Bununla belə, qalan məsələlər həll edilməsi lazım olan ən çətin, ən mühüm və ən ciddi mövzulardır.

Xatırladaq ki, son günlər müzakirələrdə iştirak edən ölkələrin nümayədələrindən bir çoxu yaxın günlərdə yekun anlaşmanın əldə ediləcəyinə müsbət yanaşdıqlarını bəyan edirlər. Lakin onlar hazırda həll edilməsi qalan məsələlərin nədən ibarət olduğunu açıqlamırlar. Buna baxmayaraq, İranın bir qrup millət vəkili danışıqlarla bağlı bildirirlər ki, rəsmi Tehran Amerikadan ciddi zəmanət almadan hər hansı anlaşmaya razı olmamalıdır.

Related Articles

Bir cavab yazın

Back to top button