İdman

“Sən iç” futzal komandasiı “Həffari”yə qalib gəlib

Savanın “Sən İç” futzal timi Bərtər Liqi yarışlarının dördüncü həftəsində qalib olub. Belə ki, ötən həftə Sava şəhərinin Fəcr salonunda baş tutan oyunda “Sən İç” 9-5 hesabla Əl-Əhvazın “Həffari” timinə qalib gəlib. Bildirək ki, “Sən İç” ilk həftədə 4-3 nəticə ilə “Süngün Misi”, ikinci həftədə isə Şiraz şəhərinin futzal timini udub. Üçüncü həftədə “Fərş Ara” timi qarşısında təsavi nəticə qazanıb. Əhvaz şəhərinin təmsilçisi ilə görüşdə “Sən İç”in oyunçularından Əli Mürüvvəti, Riza Sipəndar, Nadir Hənifi hər biri iki dəfə, Pejman Bəhadivənd, Taha Nemətian və Sina Pərkas hər biri 1 dəfə qol vurublar.
Qeyd edək ki, Savanın “Sən İç” timi ikinci qrup cədvəlində 10 imtiyazla birinci yeri tutub.

Related Articles

Bir cavab yazın

Back to top button