İran

ŞƏRQİ AZƏRBAYCAN USTANININ AMARINDA ARTIM VAR

Təbriz Tibb Elmləri Danişqahının rəisi deyib: “Şərqi Azərbaycan ustanında korona mərizlərinin sayı 7 924-ə çatıb”.

“Fars” ajansı xəbər verir ki, Məhəmməd Hüseyn Sumi canlı mətbuat konfransında, “Əlimizdə olan məlumatlar göstərir ki, hər həftə öncəki həftəyə nisbət koronavirus təşxisi qoyulmuş insanların aamarı yüzdə 30-40 artmaqdadır”, – deyib.
Danişqah rəisinin sözlərinə görə, koronavirus camiədə qalmaqda və daha da yayılmaqdadır və Ramazan bayramı kimi hər hansı bir mərasimin keçirilməsi camiədə koronavirusun olmadığı demək deyil.
“Öncəki aylarda behdaşt qaydalarına fərdi, mühiti və ictimai olaraq riayət edildiyi kimi, indi də riayət olunmalıdır”,-deyə o artırıb.
Məhəmməd Hüseyn Sumi deyib ki, insanlar koronavirusun aradan qaldırılmasına və məhv edilməsinə kömək etmək istəyirlərsə, hətmən Fitr bayramı günü yalnız öz məhəllələrindəki məscidlərdə namaz qılsınlar və qohumların ziyarətindən və səyahətlərdən qəti şəkildə çəkinsinlər.

Related Articles

Bir cavab yazın

Back to top button