İran

Şərqi Azərbaycan vilayətinin kəndlərinə raket düşüb

Qarabağda gedən toqquşmalar zamanı Şərqi Azərbaycanın kəndlərinə daha 10 raket düşüb. Bu barədə Şərqi Azərbaycanın Xudafərin bölgəsinin fərmandarı Əli Əmirirad məlumat verib. Onun sözlərinə görə, Ermənistanla Azərbaycan arasında gedən nizami qarşıdurmalar nəticəsində pəncşənbə günü saat 11:00-16:00 arasında bu bölgənin kəndlərinə 10 raket düşüb.
Məlumata görə, raketlər Kədxudalı və Qulubəyli kəndlərinə dəyərək Qulubəyli kəndində bir evin dağılmasına və bir nəfərin yaralanmasına səbəb olub.
Xatırladaq ki, Aslandüz bölgəsinin Araz çayının sahilindəki Qaraqubaq kəndinə, eləcə də Mil Muğan su səddinin və onun su kanalının yaxınlığına bir neçə xomparə gülləsi düşüb. İran Xarici İşlər Vəzirliyinin sözçüsü oktobrun 7-də bildirib ki, vəzirlik Ermənistanla Azərbaycana göndərdiyi məktublarda İran ərazilərinə xomparə və raketlərin düşməsinə kəskin etiraz edib.

Related Articles

Bir cavab yazın

Back to top button