Dünya

ÜST COVID-19-un yaranma izlərini axtarmaq üçün Çinə getməyi planlaşdırır

Çin və Ümumdünya Səhiyyə Təşkilatı hazırda koronavirusun yaranma izlərini axtarmaq üçün ekspertlərdən ibarət beynəlxalq nümayəndə heyətinin Çinə səfər etmək imkanlarını müzakirə edirlər.

Bu barədə ÇXR Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Çjao Litszyan brifinqdə bildirib.

“Koronavirusun mənşəyinin müəyyənləşdirilməsi elmi məsələdir. Hazırda dünyanın müxtəlif ölkələrindən mütəxəssislər bu barədə araşdırmalara başlayıblar. Amma koronavirusun ilkin mənbəyinin müəyyən edilməsi çox çətin prosesdir, bir çox ölkənin iştirakını tələb edə bilər”, – diplomat əlavə edib.

ÜST artıq çinli həmkarları ilə məsafədən əlaqə quran və hadisə yerinə getməli olan beynəlxalq ekspert qrupu yaradıb. “Çinin hakimiyyət orqanlarının məlumat açıqlığı yaradacağına və onlarla səmərəli əməkdaşlığa ümid edirik”, – ekspert deyib.

Related Articles

Bir cavab yazın

Back to top button