İran

Şərqi Azərbaycanda su qıtlığı yaşanır

Doğu Azərbaycanda su qıtlığı yaşanır. Buna görə də sənaye ilə əkin sahələrində sudan istifadə ilə bağlı məhdudiyyətlər icra ediləcək. Məsələ ilə bağlı Doğu Azərbaycan ustandarının abadlaşdırma işləri müavini məlumat verib. O, əhalini sudan düzgün və qənaətcil istifadə ilə bağlı bilgiləndirməyin gərəkliliyini deyib. Qurum məsulu ölkədə adambaşına düşən su məsrəfinin həddindən çox olduğunu vurğulayıb. “Doğu Azərbaycanda ortalama yağıntı miqdarı illik 250 milimetrdir. Buna görə də əhali ilə müxtəlif bəşxlər sudan faydalı istifadə üsullarına öyrənməlidir. Su qaynaqlarından hədsiz istifadə, yeraltı suların durumuna diqqət olunmaması qıtlığa səbəb olub”,-deyə Doğu Azərbaycan ustandarının abadlaşdırma işləri müavini qeyd edib.

Related Articles

Bir cavab yazın

Back to top button