İran

Şərqi Azərbaycanda turizm iflas etmək üzrədir

Bildiyiniz kimi, Şərqi Azərbaycanın 8 min ilə yaxın mədəniyyət və sivilizasiya tarixi var. Elə bu tarixdən irəli gəlir ki, əyalətin hər yerində tarixi və mədəni yerlər, binalar görmək olar

Şərqi Azərbaycan vilayətində turizm alanı son iki ildə koronavirus və İranda 12-ci dövlətin səriştəsizliyi və doğru siyasət yürütməməsi üzündən iflas və yox olma təhlükəsi ilə üz-üzə qalıb.

“Təhlil bazar” ajansı xəbər verir ki, Şəqi Azərbaycan vilayəti özünəməxsus coğrafi mövqeyi və tarixi, mədəni, elmi, çox sayda təbii sərvətləri, əlverişli müalicə imkanları və ticarət sənayesi ilə ölkənin önəmli turizm bölgələrindən biri hesab edilir və bu üstünlükləri Şərqi Azərbaycan vilayətini böyük daxili və xarici turizm bölgələrindən biri kimi tanıda bilər.

Bildiyiniz kimi, Şərqi Azərbaycanın 8 min ilə yaxın mədəniyyət və sivilizasiya tarixi var. Elə bu tarixdən irəli gəlir ki, əyalətin hər yerində tarixi və mədəni yerlər, binalar görmək olar. Bunun ən böyük örnəyi isə Dünyanın Təbii Sərvətləri siyahısına salınan Təbrizin Qapalı Bazarıdır.

Ancaq bütün bu gözəlliklərlə yanaşı, zəif bilgiləndirmə, bu gözəllikləri tanıtmama və turistlərin qala biləcək yetərli sayda yerlərin olmaması kimi bir sıra səbəblərdən Şərqi Azərbaycanda turizm alanı gəlişə bilmir.

Özəlliklə, son iki ildə isə burada demək olar ki, turizm sektoru çökmək üzrədir. Otellər ya tamamən fəaliyyətini dayandırıb ya da qismən fəaliyyətinə davam edir

Related Articles

Bir cavab yazın

Back to top button