İqtisadiyyat

Səudiyyə Ərəbistanında yeni neft və qaz yataqları kəşf edildi

Səudiyyə Ərəbistanının Energetika naziri, şahzadə Əbdül Əziz bin Salman “Saudi Aramco” şirkəti tərəfindən ölkədə dörd yeni neft və qaz yatağının kəşf edildiyini bildirib.

Bu barədə Səudiyyə Ərəbistanının SPA informasiya agentliyinə istinadən xəbər verir.

Neft yataqlarından biri Dahran şəhərindən şimal-qərbə, ölkənin şərqində kəşf edilib, ikinci yataq Rafha şəhərindən şimal-qərbə, İraqla sərhəd ərazidə tapılıb.

Qaz ehtiyatları isə Qavar neft yatağından cənub-qərbdə, Əl-Minahaz quyusunda kəşf edilib.

Nazirin sözlərinə görə, “Saudi Aramco” yataqların həcmlərinin müəyyənləşdirilməsi və neftin, qazın, kondensatın miqdarının qiymətləndirilməsi işini davam etdirir.

Related Articles

Bir cavab yazın

Back to top button