Azərbaycan

Şəbistər şəhərində intihar halları artıb

Şərqi Azərbaycan əyalətinin Şəbistər şəhərinin Til kəndində 32 yaşlı kişi özünü asaraq intihar edib.

Bu barədə məlumat verən yerli sosial media fəalları hadisənin aprelin 2-i axşam saatlarında baş verdiyini yazıblar.

Bu Şəbistərdə baş verən növbəti intihar hadisəsidir və bundan öncə bölgədə çox sayda intihar hadisəsi qeydə alınıb.

Şəbistərin Rifah İdarəsinin başçısı Əhəd Nərimanı mediaya verdiyi açıqlamada bölgədə intihar hallarının təhlükəi səviyyədə artdığını deyib.

O, intihara əsas amillər kimi iqtisadi çətinliklər və bundan irəli gələn ailəiçi problemləri, stress və ümidsizlik hallarının çoxalmasını qeyd edib.

Nərimani bununla yanaşı Şəbistər mahalında öncəki illərə nisbətdə əhalinin artımının 2% azaldığını bildirib.

Bundan bir müddət öncə bölgədə 2200 gənc arasında keçirilən soruğunun nəticələrinə əsasən intihar hallarının artması, ailə həyatı qurmağa gənclərin rəğbət göstərməməsinin əsas səbəbləri arasında 52% səslə işsizlik birinci yeri tuturdu.

Şəbüstərinin fərmandarı Hüseyn Abdullahi isə sorğunun nəticələrinə əhəmiyyət vermədən gənclərin ailə həyatı qurmalarının bir çox problemlərin həll olunmasına yardım edəcəyini iddia edib.

Related Articles

Bir cavab yazın

Back to top button