Dünya

Ukraynada ölən uşaqların yeni sayı açıqlandı

Rusiya Federasiyasının Ukraynaya genişmiqyaslı silahlı təcavüzü nəticəsində 161 uşaq həlak olub.

Bu barədə Baş Prokurorluq öz Telegram səhifəsində məlumat yayıb.

“Aprelin 4-ü səhər saatlarına olan məlumata görə, Rusiya Federasiyasının silahlı təcavüzü nəticəsində Ukraynada 425-dən çox uşaq zərər çəkib. Eyni zamanda, 161 uşaq ölüb, 264 uşaq yaralanıb. Bu məlumatlar yekun deyil”, – hesabatda bildirilir.
Uşaqlardan ən çoxu Kiyevdə zərər çəkib – 75 nəfər.

Donetskdə – 78, Xarkovda – 59, Çerniqovda – 49, Nikolayevdə – 34, Luqanskda – 31, Zaporojyedə – 22, Xersonda – 29, Sumıda – 16, Jitomirdə – 15 uşaq müharibə qurbanı olub.
Bombardman və atəş nəticəsində 869 təhsil müəssisəsinə ziyan dəyib, onlardan 83-ü tamamilə məhv edilib. (modern.az)

Related Articles

Bir cavab yazın

Back to top button