Ətraf Mühit

Səudiyyə Ərəbistanının nüvə danışıqları irəliləyir

ABŞ-ın energetika nazirinin sözlərinə görə, Vaşinqton Ər-Riyadla nüvə proqramının yaradılması barədə danışıqlar aparır.

Aznews.tv xəbər verir ki, Səudiyyə Ərəbistanl daha dayanıqlı enerji mənbələrinin axtarışı üüçün nüvə enerjisindən istifadə etmək niyyətində olduğunu bəyan edib.

Ər-Riyad proqramı tam şəkildə, yəni uranın hazırlanması və zənginləşdirilməsini də özü həyata keçirmək istəyir.

Bu layihə ilə bağlı ABŞ şirkətləri rəqabət apara bilsin deyə Ər-Riyad ABŞ-la nüvə texnologiyalarının sülh naminə isifadə edilməsi barədə saziş imzalamalıdır.

Lakin, məlumata əsasən, bu istiqamətdə aparılan danışıqlarda çətinliklər peyda olub, çünki Səudiyyə Ərəbistanı uranın zənginləşdirilməsi və yanacağın emal edilməsi ilə bağlı onun şansını yoxa endirəcək saziş imzalamaq istəmir.

Bu yol, potensial olaraq nüvə bombasının yaradılmasına aparır və Səudiyyə Ərəbistanı bunu istisna etmədiyini bildirib.

Məsələn, ötən il vəliəhd Məhəmməd ben Salman qeyd etmişdi ki, İran nüvə sialhı yaradrsa, Səudiyyə Ərəbistanı da bunu edəcək.

“Biz nüvə silahı yaratmaq istəmirik. Lakin əgər İran nüvə bombasını yaradırsa, biz təcili olaraq eyni şeyi edəcəyik”, – deyə vəliəhd qeyd edib.

Aznews.tv

 

 

Bir cavab yazın

Back to top button