
Bu barədə CNN mənbələrə istinadən məlumat yayıb.
“İran nümayəndə heyətinin və nazirin özünün hərəkəti BMT-nin baş qərargahı, İranın dünya təşkilatındakı nümayəndəliyinin binası və İranın BMT-dəki daimi nümayəndəsinin iqamətgahı ətrafında bir neçə məhəllə ilə məhdudlaşacaq”,- məlumatda qeyd olunub.
Bundan əlavə, İran nümayəndə heyətinə Lonq-Aylend-Siti ərazisindəki bir neçə məhəlləyə giriş və konkret marşrut üzrə Con Kennedi adına beynəlxalq hava limanına getmək imkanı təmin ediləcək.