Dünyaİran

Salman Rüşdiyə hücum edən şəxs Xomeyni heyranı olduğunu deyib

Salman Rüşdiyə hücum edərək bıçaq zərbələri ilə yaralayan Hadi Mətər İranın keçmiş rəhbəri Ruhullah Xomeyninin heyranı olduğunu deyib. Lakin o, Rüşdiyə hücumla bağlı Xomeyninin fitvasını rəhbər tutub-tutmadığı barədə heç bir açıqlama verməyib.

Hadi Mətər “Şeytan ayələri” kitabının yalnız bir neçə səhifəsini oxuduğunu və tvitterdə Salman Rüşdinin Şetokua İnstitutunda olacağını öyrəndikdən sonra ora getməyi qərara aldığını deyib.

“Məncə, o, böyük insan idi. Bu barədə deyə biləcəyim tək şey budur”-deyə, Hadi Mətər Şetokua həbsxanasında saxlandığı yerdə aparılan video çəkilişdə bildirib.

O, Salman Rüşdini bəyənmədiyini, onun islam və müsəlmanların inanclarına qarşı hörmətsizlik etdiyini söyləyib.

Qeyd edək ki, 75 yaşlı Salman Rüşdi avqustun 12-də Qərbi Nyu-Yorkda çıxışa başlamazdan əvvəl hücuma məruz qalıb.

Salman Rüşdiyə hücum edən Nyu Cersi ştatının Fairviev şəhərinin 25 yaşlı sakini Hadi Mətər adlı müttəhim məhkəmədə özünə qarşı irəli sürülən ittihamları qəbul etməyib və günahsız olduğunu deyib.

Prokuror Hadi Mətəri ikinci dərəcəli qətl və ikinci dərəcəli hücumda ittiham edib.

Related Articles

Bir cavab yazın

Back to top button