İran

Kennet Makenzi: “İran İsrailə hücum edə bilər”

Amerikanın Mərkəzi Fərmandehlik Qərargahının rəisi Kennet Makenzi bildirib ki, İran Möhsün Fəxrizadənin öldürülməsinə cavab olaraq İsrailə hücum edə bilər. Ötən gün onlayn toplantıda çıxış edən Makenzi qeyd edib: “İraqdakı İran yaraqlılarının Amerikaya qarşı hərəkətə keçmə ehtimalı ilə bağlı nigaranıq. İran ümumiyyətlə yavaş hərəkət edir və təpkilərinə vaxt verir. İraq dövləti həmin silahlıların fəal şəkildə qarşısını alır. Qasım Süleymaninin yerinə gələn Qüds Qüvvələrinin yeni fərmandehi onun kimi nüfuz sahibi deyil. İranın Amerikanı İraqdan çıxara bilməməsi Qasım Süleymaninin varisinin zəifliyini göstərir”.
Unread messages

Related Articles

Bir cavab yazın

Back to top button