İran

SARABDA AZƏRBAYCANLI MƏDƏNİ FƏAL TUTULUB

Sarab polisi azərbaycanlı mədəni fəal Səhənd Məalini iş yerində tutuqlayıb.

Səhənd Məali dünən, tirin 10-u axşam saatlarında ailəsi ilə təmas tutaraq, polis məmurlarının onu iş yerində tutduqlarını bildirib.

O, habelə Sarab zindanına aparıldığını və həbsinin səbəbinin iki ayrı hökmə əsasən 10 il 10 ay həbs cəzasına məhkum olunduğunu deyib.

Halbuki, azərbaycanlı siyasi-mədəni fəal, adıçəkilən pərvəndələrin icrası ilə bağlı 12 ordibeheşt 1398-ci ildə tutulub və bundan sonra cəza çəkdiyi öncəki günlər və hər iki pərvəndənin birləşməsini nəzərə alaraq, cəzasını çəkdikdən sonra 27 bəhmən 1398-ci il tarixdə azad edilib.

Ancaq tutuqlandığı vaxt polislər ona qarşı çıxarılan hökmlərin birləşdirilmədiyini və daha bir il cəza çəkməli olduqlarını bildirdilər.

Related Articles

Bir cavab yazın

Back to top button