İran

ZƏNGİN VƏ ÇEŞİDLİ MƏDƏNLƏRİ OLAN QƏRBİ AZƏRBAYCAN!

Qərbi Azərbaycanda 1 milyard 214 milyon ton çeşidli mədən maddələri zəxiləri var. Elə bu səbəbdən də ölkənin önəmli ustanlarından biridir.
Qərbi Azərbaycan Ustanında 51 çeşid mədən maddələri olmaqla ölkə üzrə üçüncü yeri və 1 milyard 214 milyon ton zəxirəsi olmaqla yeddinci yeri tutur.
Bu ustanın mədən bölməsində 5 mindən çox işləyən var və bu bölmə üzrə 366 milyard tümən sərmayə yatırımı olunaraq ustanı önəmli iqtisadi qütbə çevirib.
Tikan Təpə şəhristanında iki Zərşuran və Ağdərə qızıl mədənləri olduğuna görə Qərbi Azərbaycan qızılı olan ustanları sırasında yerləşir. Bu iki mədəndən illik toplam 1 min 35 ton qızıl çıxarılır.
Qərbi Azərbaycanın Mədənlər və Ticarət Baş İdarəsinin Sənaye Qurumunun müavini Pərisa Abidpur, “bu ustanda illik 17 milyon ton mədən maddələri çıxarılır. İndiyə kimi ustanın mədənləri üzrə 36 min 667 milyard rial sərmayə yatırımı olunub. Ölkə üzrə 68 növ mədən maddələri tanınıb və kəşf olunub. Bunlardan 51 çeşidi Qərbi Azərbaycanda olmaqla çıxarılmaqdadır. Bu mədənlər çeşidli bina-bəzək daşları, qızıl, çitan, barit, selis və puka mədənləridir. Ustanda 481 mədən var və bunlardan 285 mədən fəaliyyətdədir. Ustanın mədənlərində 5 min 139 nəfər birabaşa işləyir. Qərbi Azərbaycanda mədən axtarışı üzrə 200 etibarlı mücəvviz verilib və bu rəqədmdən ötən ildə 30 kəşf quvahisi çıxarılıb və bu kəşf quvahilərinə əsasən bəhrəbərdari mücəvvizi verilib”, – deyə bildirib.

Related Articles

Bir cavab yazın

Back to top button