İran

PAKİSTAN İRAN ENERJİSİNDƏN İMTİNA EDİR

İranla yaxınlığına və bu ölkədə geniş neft-qaz mənbələrinin və məhsullarının, xüsusən də benzinin olmasına baxmayaraq, Pakistan məsullarını bu qonşu ölkədən almağa çalışmır.

İki ölkə arasında qaz razılaşmasının imzalanmasından 12 il keçir. Ancaq İslamabad məqamları bu tərhi bir kənara qoyurlar. İrandan neft və habelə benzin almaqdan da imtina edirlər.

İran xarici işlər vəzirinin köməkçisi və Qərbi Asiya İdarəsinin rəisi Seyid Rəsul Musəvi bu haqda bu gün Tviter hesabında ingilis dilində yazıb: “Pakistanlı qardaşlar Pakistana enerji sadiratına olan maneələri aradan qaldırsınlar iranın bütün benzin anbarları dolu olmasına baxmayaraq, Pakistanda benzin çatışmazlığı səbəbindən qiymətlər sürətlə bahalaşır. İki qonşu ölkənin enerji sahəsində həmkarlıq etməsinə nə mane olub?”

Xatırladaq ki, İran və Pakistan arasında qazın Əsəluyədən bu ölkəyə ötürülməsi üçün qaz sazişinin imzalanmasından on iki il ötür..

Related Articles

Bir cavab yazın

Back to top button