Aznewstv xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani deyib.
“İranın hücumda iştirakı ilə bağlı bəyanatlar regiondakı reallıqları dəyişdirmək üçün konkret siyasi məqsədlərlə verilib”, – o vurğulayıb.
Xatırladaq ki, yanvarın 28-də İordaniyanın şimal-şərqində, Suriya sərhədi yaxınlığında ABŞ hərbi bazasına PUA ilə hücum edilib. Son məlumata görə, nəticədə 3 amerikalı hərbçi ölüb, 34 nəfər isə yaralanıb.