İran

SEPAH qüvvələri etnik bəluclunu öldürüb

İranın Sistan və Bəlucistan əyalətinin İranşəhr şəhərində 24 yaşlı gənc SEPAH qüvvələrinin atəşi nəticəsində həyatını itirib.

SEPAH qüvvələrinin qətlə yetirdiyi şəxs Cəma Sərəfrazi pərakəndə yanacaq satışı ilə məşğul olurmuş.

Məlumatda bildirilir ki, SEPAH döyüşçüləri Cəma Sərəfrazinin avtomobilinə atəş açıb. Nəticədə avtomobil aşaraq alovlanıb və sürücü ölüb.

Qeyd edək ki, İranın Sistan və Bəlucistan əyalətində yaşayan sünni məzhəbli bəluclar iqtisadi göstəricilərə görə ölkədə ən son yerdə dayanırlar. Onların bir qismi gündəlik ehtiyaclarını təmin etmək üçün qanunsuz pərakəndə yanacaq satışı ilə məşğul olur.

Related Articles

Bir cavab yazın

Back to top button