İran

Serum çatmazlığının pərdə arxası amilləri.

Mərizlər və yanaşı şəxsləri uzun səflərdə serum almağı gözlədikləri bir halda, gömrükdə 500 min ədəd serum qalıb iylənib.

Mərizlər və yanaşı şəxsləri uzun səflərdə serum almağı gözlədikləri bir halda, gömrükdə 500 min ədəd serum qalıb iylənib. Serumun çatmazlığı və bu sadə dərəman növünün qiymətinin baş alıb getməsi, koronaya yoluxmuş mərizlər və sair mərizlər üçün bir terajediyə çevrilib. Bu bir haldadır ki, 500 min ədəd seruma bərabər 250 ton serum çöküntü verərək Tehranın Gömrüyündə xarab olmuşdur. Yeyinti və Dərman Təşkilatının rəisi və müdirləri, ölkədə serum çatışmazlığı oluşmaqla bildiriblər ki, serumun ölkəyə gətirilməsini düşünürmüşlər, amma daxili serum ürətənlərin qarşı çıxam məktubları və basqı etmələri ilə sermu varid etdirə bilməmişlər, ona görə də öz serum gətizdirmə bərnamələrini dayandırmalı olublar. İranın İnsan Davaları Sənayesi Sahiblərinin Sindikatının rəisi Məhəmməd ƏbdəzadəHəmşəhri qazeti ilə danışığında deyib: “bu ki, 4 serum ürətici serumun ölkəyə gətirilməsinin qarşısını almağa məktub yazıblar, dava və serum azlığının oluşmasının qarşısını almaq üçün Yeyinti və Dərman Təşkilatını bu barədə məsuliyyətindən azad etmir.”. İranın Davadüzəldənlər Əncüməninin rəis müavini Seyid Əli Fatimi isə deyir ki, “Təbrizdə Qazi adına Karxana, ölkənin seruma ehtiyacının üçdə birindən çoxunu ürətir, və 1399-cu ilin İsfənd ayının 5-dən bu karxananın ürətmə xətlərini gəlişdirmk üçün qapadılması icazəsini Sağlıq Baxanlığından alıblar. Sağlıq Baxanlığı isə ölkədə dava üzrə dəyişkən bir durum olduğunu görə görə bu karxananın qapadılması ilə niyə razılaşmalıdır?”

Related Articles

Bir cavab yazın

Back to top button