Dünya

ŞİMALİ KORƏ ÖZ NİZAMİLƏRİNİ MƏRZDƏ YERLƏŞDİRDİ

Şimali Kore öz nizamilərini Cənubi Kore ilə mərzlərdə yerləşən boşaldılmış postlara göndərib.
Bu məlumatı “Yonhap” ajansı öz mənbələrinə istinadən yayıb.
Məlumata görə, Şimali Kore tərəfdə belə postların sayı 150 ədəddir. Onlardan 10-nu potensial toqquşma əraziləri sayılan bölgələrdə yerləşir.
Yüzlərlə Şimali Kore əsgərinin artıq Keson sənaye məkanında müşahidə edildiyi də açıqlanıb. Məhz bu ərazidə yerləşən Cənubi Kore müəssisələrində 2016-cı ilə qədər Şimali Koredən olan 50 min işçinin çalışdığı vurğulanıb.
Qeyd edək ki, bundan öncə Pyonqyanq 2018-ci ildə imzalanmış gərginliyin azaldılmasına dair razılaşmadan imtina edib. Şimali Kore Baş Qərargahı Kımqansan və Kesonda nizami bölmələrini yerləşdirmək, Cənubi Kore yaxınlığında bütün nizami təlimləri yeniləmək haqqında qərar qəbul edib.

Related Articles

Bir cavab yazın

Back to top button