İran

Şərqi Azərbaycanda 2 yol qəzası baş verib

Şərqi Azərbaycanın Urjans sözçüsü Vəhid Şadiniya jurnalistlərə müsahibəsində ustanda baş vermiş yol hadisələri barədə məlumat verib. Belə ki, 2 yol olayı nəticəsində 1 nəfərin öldüyü, 13 nəfərin isə yaralandığı bildirilir.
Onun sözlərinə görə, Prayd maşınının dərəyə düşməsi ilə 1 nəfər vəfat edib, 6 nəfər isə xəsarət alıb. Hadisə şəhrivərin 9-u gecə saat 20: 33-də baş verib. Qəza Tuyqun yaxınlarında qeydə alınıb. Müsafirlərdən 1 nəfəri ağır yaralandığı üçün hadisə yerindəcə vəfat edib. Məlumata görə, yaralılar Təbrizin İmam Əli və Riza mərizxanasına çatdırılıblar.
Həmin gün Prayd maşını ilə Pejo maşınının toqquşması nəticəsində başqa bir olay olub. Axşam saat 16:45-də baş verən hadisədə 7 nəfər yaralanıb. Yaralılar Təbrizin Əlğədir və Alinəsəb mərizxanasına köçürülüblər.

Related Articles

Bir cavab yazın

Back to top button