İran

Sistan və Bəluçistanda etiraz aksiyaları keçirilib

Dekabrın 30-u günorta saatlarında İranın Sistan və Bəluçistan əyalətinin mərkəzi zahidan şəhərində etnik sünni bəluçlar etiraz aksiyası keçiriblər.

Aksiyada Əli XameneYi və SEPAH-a qarşı  şüarlar səsləndirən bəluçlar İran rəhbərinin fotolarını yandırıblar.

Bununla yanaşı Tehran, Kərəc, Gülüstan əyaləti, Xurrəmşəhər, Xurrəmabad və başqa şəhərlərdə də nümayişlər keçirilib.

Hökumət simvolları yandırılıb.

Qeyd edək ki, bundan öncə sentyabrın 30-da hökumət məmurlarının Zahidan şəhərinin Məkki məscidində namaz qılan sünni məzhəbli etnik bəluçlara atəş açması nəticəsində və ondan sonra baş verən nümayişlər zamanı 13-ü uşaq olmaqla 130 nəfər ölüb, yüzlərlə bəluç isə yaralanıb.

Related Articles

Bir cavab yazın

Back to top button