Azərbaycanİran

Qəzvində 93 etirazçı barədə ilkin hökm çıxarılıb

Qəzvin əyalətinin məhkəmə sisteminin başçısı Əli Şəbani etiraz aksiyalarında iştirak etdiklərinə görə saxlanılan 93 nəfər haqqında ilkin hökmlərin verildiyini açıqlayıb.

O, məhkumlara qarşı “ölkənin milli təhlükəsizliyinə qarşı toplaşmaq”, “yalan məlumatlar yaymaq”, “qanunsuz aksiyalar keçirmək”, “vətəndaşları qarşıdurmaya təhrik etmək” və başqa bu kimi ittihamlar irəli sürüldüyünü deyib.

“İndiyədək son iğtişaşlarda təqsirləndirilən 237 nəfərin ittiham aktı çıxarılıb və icraatın davam etdirilməsi üçün onların işi məhkəməyə göndərilib”,-deyə, Şəbani bildirib.

Related Articles

Bir cavab yazın

Back to top button