İran

Siyasi fəal Hamed Qaraoğlaninin məhkəmə işinə baxılıb

Urmu zindanında həbsdə olan siyasi fəal Hamed Qaraoğlani barəsində açılan pərvəndənin birinci bölümündə o, Urmu İnqilab Məhkəməsinin 2 saylı şöbəsi tərəfindən edam cəzasına məhkum edilib. Pərvəndənin ikinci qismində isə fəala Urmu İnqilab Məhkəməsinin 3 saylı şöbəsi tərəfindən 13 il 3 ay həbs cəzası verilib. Məlumata görə, hökm ona bu həftə Urmu zindanında bildirilib.
Hamed Qaraoğlani İttilaat idarəsinin baazdaştqahında 20 gün davam edən dindirmədən sonra culayın 16-da Urmu zindanına köçürülüb.
Çıxarılan hökmə əsasən, pərvəndənin birinci qismində fəala qarşı “İran Xalq Mücahidləri Təşkilatına üzv olmaq yolu ilə nizama qarşı çıxmaq” ittihamı irəli sürülüb.
Pərvəndənin ikinci bölümündə isə, o, “nizami dövrələrdə iştirak etmək, Bəsicin nizami paayqahlarına hücum etmək, dövlətə qarşı təbliğat aparmaq, müqəddəs dəyərləri təhqir etmək, İran rəhbərini təhqir etmək” ittihamları ilə təqsirləndirilib.

Related Articles

Bir cavab yazın

Back to top button