İran

Siyasi məhbus Rıza Vasiqi Ərdəbil həbsxanasına qayıdıb

Xəbər verdiyimiz kimi, Ərdəbildə yaşayan milli-mədəni fəal Riza Vasiqi marsın 6-da 80 milyon tümən girov qarşılığında qısa müddətli mürəxəsiyə buraxılıb. O, bir həftəlik mürəxəsi müddəti bitdikdən sonra yenidən zindana qayıdıb. Belə ki, milli fəal qardaşı Əli Vasiqi ilə birlikdə Ərdəbil zindanının 2-ci bəndində saxlanılıb. Onların hər ikisi 2 illik həbs cəzasına məhkum ediliblər.
Qeyd edək ki, milli fəallar gecə traketləri çap edib yaymaqla “ölkənin milli əmniyyətinə qarşı cinayət törətməyə çaba” ittihamı ilə təqsirləndirilirlər. Vasiqi qardaşları 2020-ci il juənin 10-da Ərdəbil şəhərindəki iş yerlərində əmniyyət məmurlarının hücumu nəticəsində saxlanılıblar. Tutuqlanarkən onlara qarşı fiziki zorakılıq və şiddət tətbiq edilib.

Related Articles

Bir cavab yazın

Back to top button