Bölgə

Son dövrlər İranın İraqda terror aktları və narkotik qaçaqmalçılığı artıb

İraqda 2021-ci ildə keçirilmiş parlament seçkilərinin nəticələri açıqlandıqdan sonra ölkədə siyasi gərginlik davam edir.

“Aznews tv” xəbər verir ki, həmin seçkilərdə İrana bağlı yaraqlı dəstələr və siyasi cinahlar Müqtəda əs-Sədrə uduzublar.

Məğlubiyyəti qəbul etmək istəməyən həmin qruplaşmaların üzvləri İraqda zorakılığa və terrora yönəliblər.

Belə ki, cari ilin yanvar ayında İrana bağlı yaraqlı dəstələr Səd hərəkatının Meysam vilayətindəki liderlərindən birini sui-qəsd nəticəsində qətlə yetiriblər.

Fevral ayında isə vilayətin yüksək rütbəli polis əməkdaşı olan Hissam əl-Ələvi də İrana bağlı qruplaşmaların terror hücumu nəticəsində ölüb. Onun biri İrana bağlı “Həşdi-Şəbi” terror təşkilatını dəstəkləyən “Kətaibül-Əhlil-Həqq” qruplaşmasının komandanlarından olan iki qardaşı da 2019-cu ildə qətlə yetirilmişdi.

Bundan başqa, bir müddətdir sözügedən vilayətin mərkəzi olan Əl-Əmarə şəhərində zorakılıqlar müşahidə olunur. Belə ki, şəhər siyasi cinahlar və tayfalar arasında münaqişələr, eləcə də narkotik vasitələrin qaçaqmalçılığının at oynatdığı bölgəyə çevrilib.

Related Articles

Bir cavab yazın

Back to top button