Siyasət

Stoltenberq: Türkiyə NATO-nun mühüm üzvüdür

NATO-nun baş katibi Yens Stoltenberq Türkiyənin alyansadan xaric edilməsi haqda çağırışlarla bağlı fikrini bildirib.

Aznews.tv xəbər verir ki, Stoltenberq, Avropa Birliyindən fərqli olaraq NATO-da hansısa üzvün qurumdan xaric edilməsi ilə bağlı mexanizmin olmadığını bildirib.

“Həmçinin Türkiyə NATO-nun mühüm üzvüdür. İŞİD-lə mübarizədə olduqca faydalı tövhə verib. Heç bir digər müttəfiq Türkiyə qədər Suriya qaçqınını qəbul etməyib. Və heç bir müttəfiq Türkiyə qədər terrordan əziyyət çəkməyib”, – deyə Stoltenberq bildirib.

Onun sözlərinə görə, Suriyada həyata keçirilən hərbi əməliyyatı bir çoxları qınasada, hal-hazırda ölkənin şimal-qərbində zorakılıq azalıb.

Aznews.tv

Related Articles

Bir cavab yazın

Back to top button