Siyasət

İranın atom danışıqlarını gecikdirməsinin ardınca Amerika və onun müttəfiqləri İran üzərində basqıları artırmağa çağırırlar

Co Bayden və Fransa prezidenti Emanuel Makron birgə bəyanat yayaraq İranın heç vaxt atom silahı əldə edə bilməməsi ilə bağlı razılaşma əldə etdiklərini bildiriblər.

Amerika prezidenti Co Bayden və başqa dünya liderləri İranın atom danışıqlarını gecikdirməsi üzündən Tehran üzərində basqıları daha da artırmaq fikrindədirlər.

Co Bayden və Fransa prezidenti Emanuel Makron birgə bəyanat yayaraq İranın heç vaxt atom silahı əldə edə bilməməsi ilə bağlı razılaşma əldə etdiklərini bildiriblər.

Xatırladaq ki, İran xarici işlər baxanının müavini Əli Baqeri İranın noyabrın sonuna qədər atom danışıqlarına qayıdacağını qeyd edib. Fransa Xarici İşlər Baxanlığının sözçüsü isə məsələ ilə bağlı deyib: “Bizim bilgimiz yoxdur, bu mövzu avropalı həmahəngçilərin öhdəliyindədir. Artıq 5 aydır demişik ki, İran danışıqları başlatmaq üçün dəqiq bir tarix desin”.

Avropa Birliyinin sözçüsü isə Əli Baqerinin Avropa Birliyi başqanının Xarici Məsələlər üzrə müşaviri Enrike Moro ilə atom danışıqlarının yenidən başlanması ilə bağlı baş tutan son görüşünü “səmərəli” adlandırıb və Avropa Birliyinin və qalan anlaşma üzvlərinin, o cümlədən İranın ən qısa vaxtda danışıqları canlandırması üçün məsləhətləşmələr apardığını deyib.

İkinci tərəfdən, Əli Baqeri Rusiya xarici işlər baxanının müavini Sergey Ryabkov ilə atom məsələsi ilə bağlı Moskvadakı görüşünü “müsbət və səmərəli” adlandıraraq öz Tvitter hesabında yazıb: “Birgə mövqelərin möhkəmləndirilməsi üçün müxtəlif düzeylərdə öz məsləhətləşmələrimizə davam etməyə qərar verdik”.

Related Articles

Bir cavab yazın

Back to top button